BAKI, 10 iyun. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın vurduğu bildirilən "Apache" helikopteri ilə bağlı insidentdən sonra İrana qarşı hərbi əməliyyatlara başladığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.
"ABŞ Mərkəzi Komandanlığı özünümüdafiə məqsədilə İrana qarşı zərbələr endirməyə başlayıb", - açıqlamada qeyd olunub.
Komandanlıq nümayəndələri hücumların "mütənasib cavab tədbiri" xarakteri daşıdığını vurğulayıblar.
Bundan əvvəl ABŞ Prezidenti Donald Trump İran qüvvələrinin ötən gecə Hörmüz boğazı üzərində patrul uçuşu həyata keçirən "Apache" helikopterini vurduğunu bildirmişdi. O qeyd etmişdi ki, Vaşinqton bu hücuma cavab verməlidir.
Bununla yanaşı, Tramp sonradan insidenti "kiçik problem" adlandıraraq pilotun xəsarət almadığını vurğulamışdı.
Al Arabiya telekanalı isə yüksəkvəzifəli mənbəyə istinadən xəbər vermişdi ki, İran beynəlxalq vasitəçilərə ABŞ helikopterinin səhvən vurulduğunu çatdırıb.