BAKI, 10 iyun. TELEQRAF

ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonla Tehran arasında İranın nüvə proqramı ilə bağlı sazişin yaxın həftələrdə və ya aylarda imzalana biləcəyini istisna etməyib.

Teleqraf xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində danışıb.

Vensin sözlərinə görə, ABŞ İranın nüvə proqramı məsələsini uzunmüddətli perspektivdə həll edəcək razılaşmaya çox yaxındır.

"Biz elə bir vəziyyətdəyik ki, həm iqtisadi baxımdan ABŞ üçün sərfəli olacaq, həm də İranın nüvə proqramı ilə bağlı problemi təkcə indi və ya Donald Trampın prezidentliyi dövründə deyil, uzunmüddətli perspektivdə həll edəcək saziş əldə edə bilərik", - o bildirib.

ABŞ vitse-prezidenti qeyd edib ki, razılaşma həm gələn həftə, həm də bir neçə ay sonra imzalana bilər.

Daha əvvəl The New York Times qəzeti ABŞ və İranın gələcək nüvə sazişinin dörd əsas elementi üzərində müzakirələr apardığını yazmışdı.