BAKI, 9 iyun. TELEQRAF

ABŞ tərəfi hesab edir ki, onlara məxsus döyüş helikopteri İran pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulduqdan sonra Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. ABŞ müstəntiqləri İran qüvvələrinin helikopteri qəsdən vurmağa çalışıb-çalışmadığını hələlik bilmirlər.

Teleqraf xəbər verir ki, bu iddia ilə ABŞ-nin "Axios" portalının və İsrailin "13-cü kanal"ının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində irəli sürüb.

"ABŞ rəsmisinin mənə verdiyi məlumata görə, araşdırma zamanı İran PUA-sının ABŞ helikopterini vurduğu və bunun qəzaya səbəb olduğu müəyyən edilib. Amerikalı rəsmi bildirdi ki, istintaq hələlik bunun qəsdən, yoxsa təsadüfən baş verdiyini müəyyən edə bilməyib", - deyə o qeyd edib.

ABŞ Prezidenti Donald Tramp "TruthSocial"-da Hörmüz boğazı üzərində İran qüvvələri tərəfindən "AH-64 Apache" helikopterinin vurulduğunu bildirib.