BAKI, 29 oktyabr. TELEQRAF

Hörmüz boğazında neft daşıyan gəmi minaya düşüb.

Teleqraf "Tasnim"ə istinadən xəbər verir ki, partlayışdan sonra tankerdə yanğın baş verib.

İranın Hərbi Dəniz Qüvvələrindən (HDQ) bildirilib ki, hadisə günün birinci yarısında Hörmüz boğazının şərqində qeydə alınıb: "Qadağan olunmuş və təhlükəli zonada hərəkət edən bir neft tankeri dəniz minaları ilə toqquşub və zədələnib. Hörmüz boğazı razılaşdırılmadan təhlükəli zonalardan keçmək niyyətində olan gəmilər üçün bağlıdır".

Xatırladaq ki, gecə saatlarında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran mətbuatının kommersiya gəmilərinin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə məlumatlarını təkzib edib. CENTCOM-un məlumatına görə, Hörmüz boğazı minalardan tamamilə təmizlənib.