BAKI, 29 oktyabr. TELEQRAF
İspaniyanın keçmiş əmək və sosial təminat naziri Fatima Banes çərşənbə günü Toledo əyalətində toqquşan qatarlardan birində olub.
Teleqraf xəbər vürir ki, onun vəziyyəti hələlik məlum deyil. İspaniya Biznes Təşkilatları Konfederasiyasının (CEOE) və müxalif Xalq Partiyasının (PP) nümayəndələri onun relsdən çıxmış qatarlardan birində səyahət etdiyini təsdiqləyiblər.
Vəziyyətlə tanış olan mənbələrə görə, Banes ən çox zədələnmiş vaqonlardan birində olub. Xalq Partiyasının prezidenti Alberto Nunez Feiju partiyanın hələlik onun taleyi ilə bağlı təsdiqlənmiş məlumata malik olmadığını bildirib.
"