BAKI, 29 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə Avropa arasında mümkün müharibənin nəticələri barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, Putinə görə, Rusiya ilə Avropa arasında hərbi qarşıdurma baş verərsə, bu müharibənin qalibi olmayacaq.
“Əgər Rusiya ilə Avropa arasında müharibə başlasa, qalib olmayacaq. Qoy Avropada heç kim bunu unutmasın”, – deyə Rusiya Prezidenti vurğulayıb.
Putin əlavə edib ki, Avropa liderləri indiyədək Rusiyaya strateji məğlubiyyət yaşada bilməyiblər və 2030-cu ilə qədər də bunu bacarmaları ehtimalı çox aşağıdır.