BAKI, 29 oktyabr. TELEQRAF

Bosniya və Herseqovinanın Brçko şəhəri yaxınlığında Avropa İttifaqının hərbi kontingentinə (EUFOR) məxsus helikopter qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub.

Hadisə zamanı mülki şəxslər xəsarət almayıb, infrastruktura da ziyan dəyməyib. Faktla bağlı araşdırmaya başlanılıb.