BAKI, 6 iyun. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi İsrailin ölkədəki kəşfiyyat fəaliyyətinin artmasından ciddi narahatdır.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Pentaqonun Kəşfiyyat İdarəsi İsraildən gələn təhdid səviyyəsini "kritik" həddə qaldıran yeni əks-kəşfiyyat təhdid qiymətləndirməsini dərc edib.

Məlumata görə, İsrail Tramp administrasiyasının Yaxın Şərqlə bağlı qərarları barədə məlumatlı olan yüksək vəzifəli ABŞ rəsmilərini izləyib.

Vaşinqtondakı İsrail səfirliyinin sözçüsü bildirib ki, Təl-Əvivin kəşfiyyat məlumatları toplama səyləri müttəfiqlərinə deyil, düşmənlərinə qarşı yönəlib.

Bu arada, Ağ Evin sözçüsü "NBC"yə bildirib ki, İsrailin casusluğu ilə bağlı məlumat yalandır.