BAKI, 6 iyun. TELEQRAF
Norveç şahzadəsi Mette-Maritin adı ağciyər nəqli üçün gözləmə siyahısına salınıb.
Teleqraf xəbər verir ki, 52 yaşlı şahzadə ağciyər fibrozundan əziyyət çəkir. Bu xəstəlik ağciyər toxumasının tədricən çapıqlaşmasına və ciddi nəfəs alma çətinliklərinə səbəb olur.
Şahzadə müvəqqəti olaraq rəsmi vəzifələrini dayandırıb.
Onun vəziyyəti ilə bağlı yeni məlumatlar yalnız transplantasiya əməliyyatından sonra açıqlanacaq. Xəstəxanadan çıxdıqdan sonra uzun bir sağalma dövrü keçməli olacaq.
Oslo Universitet Xəstəxanasının ağciyər xəstəlikləri üzrə mütəxəssisi Are Holm Norveç televiziya kanalı NRK-ya bildirib ki, şahzadənin səhhəti son altı ayda xeyli pisləşib.
"Xəstə transplantasiya olmadan cəmi bir il yaşaya bilir. Ona görə də şahzadənin adı gözləmə siyahısına daxil edilib" - həkim qeyd edib.