BAKI, 6 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiyyə əyalətinə və Qərbi Bekaa bölgəsinə intensiv zərbələr endirib, nəticədə son 24 saatda 35 nəfər ölüb, 120 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri ölənlərin ümumi sayı 3593-ə, yaralıların sayı isə 10990-a çatıb" - məlumatda qeyd olunur.
Səhiyyə Nazirliyi qeyd edib ki, elan edilmiş atəşkəsə baxmayaraq, yaşayış məntəqələrinin bombalanması davam edir, günün sonuna qədər itki və yaralıların sayı arta bilər.