GÖYGÖL, 6 iyun. TELEQRAF

Yağan intensiv yağışlar Göygöl rayonunda ciddi problemlərə yol açıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Aşıqlı kəndindən keçən sel suları evlərə dolub. Vətəndaşlara ciddi ziyan dəyib.

Aşıqlı kəndi istiqamətindən keçən Gəncə-Göygöl-Kəlbəcər yolu qismən bağlanıb.

Buna səbəb iri gövdəli ağaclar aşıb, yolun bir hissəsində torpaq sürüşməsi olub.

Hazırda problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bölgədə yağışlı hava şəraiti davam edir.