BAKI, 6 iyun. TELEQRAF
Rusiya ilə Çin arasında münasibətlər çoxşaxəlidir və bütün mümkün sahələri əhatə edir. Moskva bu tərəfdaşlığın uzun illər davam edəcəyinə ümid bəsləyir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin Mərkəzi Televiziyasına (CCTV) verdiyi müsahibədə bildirib.
"Münasibətlərimiz çox zəngin və çoxşaxəlidir. Buraya iki ölkənin qarşılıqlı fəaliyyət göstərə biləcəyi bütün mümkün sahələr daxildir. Ümid edirik ki, hələ uzun illər, onilliklər və əsrlər boyu bu yolda birlikdə addımlayacağıq",- o qeyd edib.