BAKI, 6 iyun. TELEQRAF
Avropa İttifaqının (Aİ) rəhbərliyi Rusiya vətəndaşları üçün viza rejiminin daha da sərtləşdirilməsi istiqamətində əlavə tədbirləri nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus Lammert Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.
O vurğulayıb ki, Aİ hələ 2022-ci ildə Rusiya ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişi dayandırıb və sərhəd təhlükəsizliyini gücləndirmək üçün yeni qaydalar qəbul edib:
"2025-ci ildə isə Rusiya vətəndaşlarına çoxdəfəli (multiviza) vizaların verilməməsi barədə qərar qəbul olunub. Görülən tədbirlər nəticəsində rusiyalılara verilən vizaların sayı kəskin azalıb. Bu göstərici 2022-ci ildəki illik 4 milyondan 2026-cı ildə illik 500 minə qədər geriləyib".