BAKI, 6 iyun. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kərkük valisi Mehmet Seman Ağa ilə görüşüb.

Teleqraf Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş Prezidentin İstanbuldakı Dolmabahçe sarayında keçirilib.

Görüşdə hakim AK Partiyanın sədr müavini Kürşad Zorlu da iştirak edib.

Prezident Ərdoğan Kərkükdə sülhün və əmin-amanlığın davam etməsinin İraqın gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini və Türkiyənin bu yöndə dəstəyinin güclü şəkildə davam edəcəyini bildirib. O həmçinin təxminən 100 ildən sonra Kərkükdə bir türkmən valisinin olmasının əhəmiyyətinı toxunub.

İraq Türkmən Cəbhəsinə rəhbərlik edən vali Ağa Türkmən icmasının Prezident Ərdoğana Kərkükə verdiyi dəstəyə görə minnətdarlığını çatdırıb.