BAKI, 6 iyun. TELEQRAF
Rusiya Dövlət Dumasında uşaq tərbiyəsi ilə məşğul olan qadınlara aylıq müavinət verilməsi təklif olunub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Dumasının nümayəndəsi Marina Kim Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ödəniləcək məbləğ ölkədəki minimum əməkhaqqı səviyyəsindən aşağı olmamalıdır.
Qeyd edək ki, hazırda Rusiyada minimum əməkhaqqı 27 093 rubl (təxminən 300 dollar) təşkil edir.