BAKI, 6 iyun. TELEQRAF
Çin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin Rusiyada keçirilməsini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu barədə Çin rəsmisi Süy Çen Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində bildirib.
O qeyd edib ki, Rusiya bu tədbirə sonuncu dəfə 2012-ci ildə Vladivostokda ev sahibliyi edib.
"Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin görüşünün yekunlarına dair birgə bəyanatında qeyd olunub ki, Rusiya bu il APEC sammitinin keçirilməsində bizi dəstəkləyəcək, biz də Mosvanın müraciətini dəstəkləyəcəyik", - diplomat vurğulayıb.