BAKI, 6 iyun. TELEQRAF

NATO ölkələri Latviyada "Baltik Zenit 2026" hava hücumundan müdafiə təlimi keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, təlimlərdə Latviya, Litva, Estoniya, Kanada və İsveçdən olan hava hücumundan müdafiə qüvvələri iştirak edib. Baltik dənizi yaxınlığındakı Yurmaltsiems təlim poliqonunda iştirakçılar bir sıra gündüz və gecə atəş təlimləri keçiriblər.