BAKI, 6 iyun. TELEQRAF
Türkiyədə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 361 nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bir-biri ilə əlaqələndirilmiş əməliyyatlar son 20 gün ərzində Türkiyənin 39 vilayətində həyata keçirilib.
Saxlanılan şəxslər terror təşkilatının tərkibində fəaliyyət göstərməkdə, təşkilata maliyyə dəstəyi verməkdə ittiham olunurlar.