BAKI, 6 iyun. TELEQRAF

May ayında 85 yaşı tamam olan Moldova Prezidenti Vladimir Voronin Kommunist Partiyasının sədri vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, Partiyanın Kişinyovda keçirilən XI qurultayı 30 ildən çoxdur ki, partiyaya rəhbərlik edən Voronini fəxri sədr seçib.

Qurultay nümayəndələri Moldova parlamentinin üzvü Diana Karamanı Moldova Kommunist Partiyasının yeni sədri, eləcə də yeni Mərkəzi Komitə və Mərkəzi Təftiş Komissiyası seçiblər.

Qurultay nümayəndələri Moldova xalqına dövlətçiliyin, vətəndaşların sosial hüquqlarının, neytrallığın qorunmasına və ölkədə sülhün təmin edilməsinə çağırış edən müraciət qəbul ediblər.

Moldovada Kommunist Partiyası 2001-ci ildən 2009-cu ilə qədər hakim partiya olub və Voronin bu müddət ərzində ölkənin prezidenti vəzifəsində çalışıb. O, 2009-cu ilin payızında Moldovada Avropapərəst partiyaların tərəfdarları tərəfindən təşkil edilən kütləvi iğtişaşlardan sonra istefa verib. Bu iğtişaşlar zamanı parlament və prezident iqamətgahı talan edilib yandırılıb. Elə həmin il keçirilən növbədənkənar seçkilərdən sonra Avropapərəst partiyaların koalisiyası hakimiyyətə gəlib.