BAKI, 6 iyun. TELEQRAF

Türkiyədə təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Rəşad Eyyubovun komandası Bəhreynin U-20 millisi ilə qarşılaşıb.

İsparta şəhərindəki “SAV” stadionunda keçirilən görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-21 millisi növbəti yoldaşlıq matçını iyunun 9-da Qırğızıstan yığmasına qarşı keçirəcək.