BAKI, 6 iyun. TELEQRAF
Ukrayna münaqişəsi uzun müddətdir davam edir, lakin Rusiya üçün qarşıya qoyulan tapşırıqları yerinə yetirmək və öz maraqlarını təmin etmək çox vacibdir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin Mərkəzi Televiziyasına (CCTV) verdiyi müsahibədə bildirib.
Kreml rəsmisi münaqişənin xeyli vaxt davam etdiyini vurğulayıb:
"Bu, köhnə münaqişədir, uzun müddətdir davam edir. Döyüş fazası artıq beşinci ildir ki, gedir və bu, böyük bir vaxtdır. Rusiya üçün öz maraqlarına nail olmaq və hərbi əməliyyatın əvvəlində qarşıya qoyulmuş hədəfləri icra etmək mühüm əhəmiyyət kəsb edir".