BAKI, 6 iyun. TELEQRAF

MDB+ adlanan yeni formatın yaradılması qonşu dövlətlərin bu birliyə olan marağının mühüm göstəricisidir.

Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Lenta.ru"ya müsahibəsində bildirib.

"Bu yaxınlarda yeni MDB+ formatı barədə qərarın qəbul edilməsi birliyin inkişaf etdiyinə dair vacib siqnaldır. MDB-nin çox yaxşı gələcək perspektivləri var. Yaxın qonşularımız da daxil olmaqla, bir çox ölkələr bu formata böyük maraq göstərir",- o vurğulayıb.

Qeyd edək ki, MDB+ formatı 2025-ci ildə Düşənbədə birliyə daxil olan ölkələrin dövlət başçıları tərəfindən təsdiqlənib.

Bu format digər dövlətlər və beynəlxalq birliklərlə tərəfdaşlıq əlaqələrini genişləndirmək məqsədi daşıyır.