BEYLƏQAN, 6 iyun. TELEQRAF
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Beyləqan rayonunda ölümlə nəticələnən zəhərlənmə faktı barədə məlumat yayıb.
Teleqraf xəbər verir ki, məlumatda qeyd olunur: "05.06.2026-cı il tarixində saat 23:00 radələrində zəhərlənmə şübhəsi ilə 1991-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilib.
Pasiyent dərhal Reanimasiya və intensiv terapiya şöbəsində yerləşdirilib, ona zəruri tibbi yardım göstərilib.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 06.06.2026-cı il tarixində saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb".
***
19:22
Beyləqan sakini sirkə turşusundan zəhərlənərək ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə şəhərin Akif Cavadov küçəsində qeydə alınıb.
Rayon sakini, 1991-ci il təvəllüdlü Quliyev Səxavət Zahid oğlu zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. S.Quliyev rayonda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində operator vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır