BAKI, 5 iyun. TELEQRAF

Putin Trampın İranda hərbi əməliyyatları dayandırmaq qərarını düzgün adlandırıb və regionda sülhə ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasındakı çıxışında Trampa hörmət etdiyini bildirib: "Mən ona həmkarım kimi hörmətlə yanaşıram. Hazırkı ABŞ administrasiyasının Rusiyaya münasibəti təxminən eynidir. Trampla Şəxsi münasibətlərimiz qarşılıqlı hörmət üzərində qurulub".

Putin həmçinin qeyd edib ki, ABŞ və İsrailin İrana hücumu və mülki şəxslərin itkisi faciə idi.

O əlavə edib ki, Rusiya münaqişə zamanı İrana silah vermədi, Tehran da istəməyib.