BAKI, 16 may. TELEQRAF

Macarıstanın keçmiş Baş naziri Viktor Orban 100 min avrodan çox məbləğdə işdənçıxarma təzminatını Ukraynanın Transkarpatiya bölgəsində yaşayan etnik macar uşaqları üçün fəaliyyət göstərən uşaq evinə bağışlayacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, Orban bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Orban həmçinin yeni Baş nazir Peter Madyarın ölkənin əvvəlki hökumətlər tərəfindən talan edildiyi barədə iddialarını da təkzib edib.