BAKI, 8 may. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, nazirlər regional məsələləri və İran-ABŞ danışıqlarında əldə edilən irəliləyişləri müzakirə ediblər.