BAKI, 8 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trump İran ərazisinə endirilən yeni zərbələrə baxmayaraq, Vaşinqton və Tehran arasında atəşkəs rejiminin qüvvədə qaldığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "ABC News" telekanalına açıqlamasında danışıb.

“Xeyr, atəşkəs davam edir, qüvvədə qalır”, - ABŞ prezidenti deyib.

Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərinə hücuma cavab olaraq həyata keçirilən əməliyyatı isə “yüngül toxunuş” adlandırıb.

Qeyd edək ki, son saatlarda ABŞ və İran arasında qarşılıqlı hücumlar və sərt bəyanatlar regionda gərginliyi artırıb.