BAKI, 8 may. TELEQRAF
Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Avropa İttifaqının enerji böhranı fonunda mövqeyini dəyişməyə başladığını bildirib.
Teleqraf xəbər verir ki, Dmitriyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Enerji böhranı geniş şəkildə bağlı olan gözləri açır”, - o yazıb.
Dmitriyev bununla “Financial Times” qəzetində Avropa İttifaqının Rusiya ilə mümkün danışıqlara hazırlaşması barədə dərc olunan məqaləyə münasibət bildirib.
Qeyd edək ki, bundan əvvəl Avropa Şurasının Prezidenti Antonio Costa Aİ-nin Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna münaqişəsi ilə bağlı mümkün danışıqlara hazırlaşdığını açıqlamışdı.