BAKI, 8 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trump Vaşinqtonun Tehranla danışıqları davam etdirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Biz İranla danışıqlar aparırıq”, - ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, tərəflər arasında sazişin imzalanması istənilən gün baş tuta bilər:
“Bu, istənilən gün ola bilər. Həm də olmaya bilər. Düşünürəm ki, onlar sazişi məndən daha çox istəyirlər”, – Tramp vurğulayıb.