BAKI, 8 may. TELEQRAF
İran BMT Təhlükəsizlik Şurasının üzvlərini ABŞ və Bəhreynin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı hazırladığı qətnamə layihəsini rədd etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani jurnalistlərə açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, Təhlükəsizlik Şurası prinsipial və məsuliyyətli mövqe nümayiş etdirməlidir:
“İran bütün üzvləri bu qətnamə layihəsini rədd etməyə, onu dəstəkləməkdən və ya həmmüəllif olmaqdan çəkinməyə çağırır”, – deyə İrəvani vurğulayıb.
Qeyd edək ki, layihə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyət fonunda ABŞ və Bəhreyn tərəfindən hazırlanıb.