BAKI, 8 may. TELEQRAF

ABŞ İran ərazisinə endirilən yeni zərbələri müharibənin yenidən başlanması hesab etmir.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələri İranın Keşm adasındakı limana və Bəndər-Abbas şəhərinə zərbələr endirib.

“ABŞ-nin yüksəkvəzifəli rəsmisi mənə bildirib ki, ABŞ ordusu yenicə Keşm adasındakı limanı və Bəndər-Abbası vurub. Lakin bu, müharibənin yenidən başlanması deyil”, – məlumatda bildirilir.