BAKI, 8 may. TELEQRAF
ABŞ İranın cənubundakı Minab şəhərində yerləşən hərbi dəniz qüvvələri bazasına hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb.
Hadisə ilə bağlı hələlik ABŞ rəsmilərindən rəsmi açıqlama verilməyib.