BAKI, 8 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trump Vaşinqton və Tehran arasında sazişin istənilən gün imzalana biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Biz İranla danışıqlar aparırıq”, - ABŞ prezidenti deyib.

Onun sözlərinə görə, tərəflər arasında razılaşmanın əldə olunması mümkündür:

“Bu, istənilən gün baş verə bilər. Həm də olmaya bilər. Düşünürəm ki, onlar sazişi məndən daha çox istəyirlər”, – Tramp vurğulayıb.