BAKI, 8 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trump İranı Vaşinqtonla saziş imzalamayacağı təqdirdə daha sərt hücumlarla hədələyib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Bu gün onları yenidən vurduq və əgər tezliklə razılaşma imzalamasalar, onlara daha güclü və daha sərt zərbələr endirəcəyik”, - ABŞ prezidenti bildirib.

Qeyd edək ki, son saatlarda ABŞ və İran arasında qarşılıqlı hücumlar və ittihamlarla bağlı gərginlik daha da artıb.