BAKI, 8 may. TELEQRAF
“Qərb ölkələri Ukrayna vasitəsilə Rusiyada 9 May Qələbə Günü paradını pozmağa çalışırlar”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, Rusiya bu addımların arxasında duranlara mərhəmət göstərməyəcək.
“Bütün məsuliyyətimlə deyirəm: Qərbdə dirçələn nasistlərin bu gün Ukrayna vasitəsilə etdikləri davam edərsə, onlara mərhəmət göstərilməyəcək”, - Rusiya xarici işlər naziri bildirib.