BAKI, 8 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXXI turunda “İmişli” və “Zirə” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Quba şəhər stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Görüşü baş hakim Kamranbəy Rəhimov idarə edib.
Bu nəticədən sonra Rəşad Sadıqovun kollektivi xallarını 50-yə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Jorj Kaşkilyanın komandası isə 33 xalla 8-ci yerdə yer alıb.
Qeyd edək ki, günün növbəti matçında “Sabah” “Kəpəz”i qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 19:30-da start götürəcək.