BAKI, 7 may. TELEQRAF

Tehran Hörmüz boğazından keçəcək gəmilərdən gömrük bəyannaməsi tələb edəcək.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, İranın yeni yaradılmış Körfəz Boğazları İdarəsi tərəfindən hazırlanan “Gəmi Məlumat Bəyannaməsi” tranzit gəmilər üçün məcburi olacaq.

Sənəddə gəmi, onun sahibi, operatoru, heyət üzvləri və yük barədə məlumatların təqdim edilməsi tələb olunur. Bəyannamənin onlayn qaydada təqdim olunması tövsiyə edilir.