BAKI, 8 may. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri sahillərində Çinlə əlaqəli neft tankerinin hücuma məruz qaldığı bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Marşal adaları bayrağı altında üzən və neft məhsulları ilə kimyəvi maddələrin daşınması üçün istifadə olunan “JV Innovation” gəmisində mayın 4-də yanğın baş verdiyi barədə siqnal daxil olub.
Hadisənin BƏƏ-nin Mina Sakr limanı yaxınlığında qeydə alındığı bildirilir.
Hələlik hücumun miqyası və gəminin aldığı ziyanın həcmi barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra regionda gərginlik artıb. İran tərəfi Hörmüz boğazını ABŞ, İsrail və onları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağladığını açıqlayıb.