BAKI, 8 may. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın hücuma məruz qalan esmineslərinin ciddi zərər gördüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı bəyanat yayıb.

Bildirilib ki, əməliyyat ABŞ-nin atəşkəsi pozmasından sonra həyata keçirilib.

“SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat keçirib”, - açıqlamada qeyd olunub.

İddia edilib ki, kəşfiyyat məlumatları ABŞ hərbi gəmilərinin ciddi zədələndiyini və qarşı tərəfin böyük itkilər verdiyini göstərir.

Məlumata görə, hücumdan sonra üç ABŞ hərbi gəmisi təcili şəkildə Hörmüz boğazı ərazisini tərk edib.

SEPAH həmçinin bildirib ki, əməliyyat zamanı ballistik raketlərdən, gəmi əleyhinə qanadlı raketlərdən və fuqas başlıqlı kamikadze pilotsuz uçuş aparatlarından istifadə olunub.