BAKI, 8 may. TELEQRAF
Azərbaycan Gənclər və İdman Nazirliyi Aran Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə regionda fəaliyyət göstərən dövlət qurumlarının minifutbol komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarış keçirilib.
FHN-dən Teleqraf-a verilən xəbərə görə, oyunlar Yevlax şəhərində təşkil olunub.
Yeddi komandanın mübarizə apardığı yarışda FHN Aran Regional Mərkəzinin komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməyə nail olub.
Minifutbol yarışında ikinci yerə Elm və Təhsil Nazirliyi Aran Regional Təhsil İdarəsinin, üçüncü yerə isə Gənclər və İdman Nazirliyi Aran Regional Gənclər və İdman İdarəsinin komandaları layiq görülüb.
Yarışın yekununda keçirilən mükafatlandırma mərasimində qalib komandalara müvafiq olaraq kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib.