BAKI, 8 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının 2026-сı ilin hazırlıq planına müvafiq olaraq hərbi hissələrin komandaları arasında minifutbol turniri keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, gərgin idman mübarizəsi şəraitində keçən oyunda Şirvan şəhərində yerləşən N saylı hərbi hissənin komandası bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Lənkəran şəhəri və Səngəçal qəsəbəsində yerləşən hərbi hissələrin komandaları isə analoji olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, mayın 4-də start götürən və 4 gün davam edən minifutbol turniri Mülki müdafiə qoşunlarının komandanlığının Qoşun və qüvvələrin hazırlığı idarəsinin fiziki hazırlıq və idman şöbəsinin təşkilatçılığı ilə keçirilib.

Turnirin yekununda ilk üç yeri tutmuş komandalara medallar, diplom və kuboklarlar təqdim edilib.