BAKI, 8 may. TELEQRAF
"Tasnim" xəbər agentliyinin verdiyi məlumata görə, bəzi mənbələr Bəndər Abbasda eşidilən bir neçə partlayışın iki kiçik dronun zərərsizləşdirilməsi nəticəsində baş verdiyi qeyd olunur.
"Bir sıra mənbələr Bəndər Abbasda və Qeşm adasındakı partlayışların İsrail rejiminin aləti kimi çıxış edən Birləşmiş Ərəb Əmirlikləri tərəfindən törədildiyini bildirirlər" - məlumatda qeyd olunur.
***
23:16
İranın cənubundakı Bəndər Abbas şəhəri yaxınlığında partlayış səsləri eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
"Mehr" xəbər agentliyi eşm adasında da partlayış səslərinin eşidildiyi barədə məlumat verib.