BAKI, 7 may. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazının açılması ilə bağlı danışıqların yalnız ABŞ-nin ölkəyə tətbiq etdiyi dəniz blokadasını aradan qaldırmasından sonra mümkün olacağını bildirib.
Teleqraf xəbər verir ki, Pezeşkian bu barədə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı danışıb.
İran prezidenti qeyd edib ki, bu məsələ nəzərə alınmalıdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla aparılan danışıqlarda konkret vaxt məhdudiyyəti müəyyən etmədiyini açıqlamışdı.