BAKI, 6 may. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ hərbi qüvvələri Oman körfəzində İslam Respublikasındakı limana gedən İranın "Hasna" tankerinə atəş açıb.
Teleqraf xəbər verir ki, bu barədə komandanlıq məlumat yayıb.
Komandanlığın açıqlamasında deyilir: "Oman körfəzində fəaliyyət göstərən ABŞ qüvvələri 6 mayda İran limanına doğru hərəkət etməyə çalışan İran bayrağı altında üzən tankeri zərərsizləşdirmək üçün məcburi tədbirlər görüb. "Hasna" gəmisinin heyəti çoxsaylı xəbərdarlıqlara əməl etmədiyi üçün ABŞ qüvvələri "Abraham Lincoln" təyyarədaşıyan gəmisindən buraxılan top atəşi ilə tankerin sükan mexanizmini sıradan çıxarılıb. "Hasna" artıq İrana doğru hərəkət etmir".