BAKI, 6 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp may ayının ortalarında Çinə səfərindən əvvəl ABŞ və İranın razılığa gələ biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.

"Mümkündür, bəli",- o deyib.

ABŞ Prezidenti əlavə edib ki, prosesin başa çatması üçün çox yaxşı şans var: "Razılaşmasalar, onları amansızcasına yenidən bombalamağa başlamalı olacağıq. Bu qədər sadədir".