BAKI, 6 may. TELEQRAF
Çin və İranın xarici işlər nazirləri Pekində danışıqlara başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Məlumata görə, Çin XİN rəhbəri Van İ və İranın xarici işlər naziri Abbas Əraqçi Pekində görüş keçirir.
Danışıqların detalları açıqlanmayıb.