BAKI, 4 may. TELEQRAF

Mayın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan atılan 12 ballistik raket, 3 qanadlı raket və 4 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi "X"də məlumat yayıb.

***

19:33

BƏƏ hərbi qüvvələri İrandan atılan dörd qanadlı raketi aşkar edib. Onlardan üçü uğurla ələ keçirilib, digəri isə dənizə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

"BƏƏ-nin müxtəlif ərazilərində eşidilən səslər hava hədəflərinin uğurlu ələ keçirilməsinin nəticəsidir" - məlumatda qeyd olunur.