BAKI, 29 aprel. TELEQRAF

ABŞ İranın Çindən silah və hərbi texnika əldə etməməsi istiqamətində fəal iş aparır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin hərbi naziri Pit Heqset Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

Tehranın Pekindən silah alması ehtimalını şərh edən nazir vurğulayıb: "Onlar bunu etmirlər. Biz onların Çin raketlərini almamasını təmin edirik".