BAKI, 4 noyabr. TELEQRAF
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp ona qarşı mümkün impiçment təşəbbüsündən narahat deyil.
Teleqraf xəbər verir ki, Tramp jurnalistlərin impiçment ehtimalı ilə bağlı sualını cavablandırarkən demokratların belə bir addım atmasının onların öz partiyaları üçün ciddi nəticələr doğuracağını bildirib.
“Qəti narahat deyiləm. Axı nəyə görə? Ölkəni uğurla idarə etdiyimə görə? Düşünürəm ki, demokratlar bunu etsələr, partiyalarını məhv edərlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.