BAKI, 4 noyabr. TELEQRAF

İsveçrə Rusiyaya qarşı sanksiyalar siyahısına 254 şəxs, şirkət və təşkilat daxil edib.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrə hökumətinin veb saytında qeyd olunub.

Qeyd olunur ki, dəyişikliklər Aİ-nin 21-ci sanksiya paketinə və Avropa İttifaqının sonrakı bir sıra qərarlarına uyğun olaraq qəbul edilib.

Siyahıda Rusiyanın idman naziri Mixail Deqtyarev, Rusiya Dəmir Yolları və Qazprom-Media şirkətlərinin baş direktorları Oleq Belozerov və Aleksandr Jarov, eləcə də Rusiya Bankının sədr müavini Sergey Belov və müğənni Aleksandr Marşal da daxil olmaqla 62 nəfər var. Onların İsveçrəyə girişi və ya tranzit yolu ilə keçməsi qadağandır.